Əli Abbasov Moskvaya gedir

Əli Abbasov Moskvaya gedir
  08 May 2015    Oxunub:2248
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-9 may tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində MDB-nin rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci və MDB-nin Koordinasiya Şurasının 21-ci birgə Nazirlər Toplantısında iştirak edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Əli Abbasov MDB ölkələrinin rabitə nazirləri üçün təşkil olunan nümayəndə heyəti ilə birlikdə 9 may tarixində keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş hərbi paradda, eyni zamanda, rabitəçi-hərbçi hissələrin veteranlarla görüşündə iştirak edəcək.

Rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin inkişafı və daha da genişləndirilməsi məqsədilə nazir Ə.A.bbasov Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistanın sahə nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti