Neftimiz ucuzlaşdı

Neftimiz ucuzlaşdı
  08 May 2015    Oxunub:1940
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti ucuzlaşıb
ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən AzVision.az-a verilən məlumata görə, “Azeri LT CIF” markalı neftin qiyməti 1.77 dollar azalıb.

Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 67‚18 dollaradır. Nyu-York və London birjasında da neftin qiyməti qismən ucuzlaşıb. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti 0.14 dollar azalaraq 65,45 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0.33 dollar ucuzlaşaraq 58.61 dollara geriləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti