Ramil Usubov açılış etdi
Əsaslı Tikinti İdarəsinin rəisi, polis polkovniki Qasım Əliyev yeni tikilinin əsas parametrləri barədə nazirə məlumat verib. Qeyd olunub ki, ümumi sahəsi 2044 kvadratmetr olan üçmərtəbəli inzibati bina bütün zəruri kommunikasiyalarla təchiz edilib. Yeni binada 50 müxtəlif təyinatlı otaqlar, o cümlədən qeydiyyat, müalicə, rentgen, fizioterapiya, laboratoriya, təsərrüfat və.s xidmət sahələri vardır. Poliklinikanın binası hər cür tibbi avadanlıqlarla, mebel və inventarlarla təmin olunub. Ərazidə abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib.
Nazir yeni binadakı xidməti otaqlar, müasir tibb avadanlıqları və digər yardımçı sahələrlə yaxından tanış olub, Heydər Əliyevin həyat yolunu, Azərbaycan prezidenti İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını, o cümlədən ümummilli liderin və ölkə başçısının DİN-in Hospitalına gəlişlərini əks etdirən fotostendlərə baxıb.
Sonra Nəqliyyatda Baş Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Qeyd edilib ki, inşasına 2013-cü ilin martında başlanmış beşmərtəbəli binanın ümumi sahəsi 4387 kvadratmetrdir. Yeni tikilidə 109 xidməti və təsərrüfat otaqları, akt zalı, xüsusi vasitələrin saxlanması otağı vardır. Ən müasir standartlara cavab verən yeni bina bütün zəruri kommunikasiyalarla, o cümlədən mərkəzləşdirilmiş su, istilik, kondisioner və havalandırma, elektrik, rabitə sistemləri ilə təchiz edilib. Ərazidə yeməkxana binası da tikilib, abadlaşdırma, yaşıllaşdırma və xarici işıqlandırma işləri yerinə yetirilib, qazanxana, transformator məntəqəsi, 2 su anbarı və digər mühəndis qurğuları istifadəyə verilib.
AzVision.az
Teqlər: