`Kreditlə bağlı niyə güzəşt olmalıdır ki?` – Nazir nöqtə qoydu

`Kreditlə bağlı niyə güzəşt olmalıdır ki?` – Nazir nöqtə qoydu
  28 Yanvar 2016    Oxunub:11446
“Maliyyə Nazirliyinin bazara istiqraz buraxması təkcə dövlət büdcəsi kəsirinin bağlanması ilə bağlı deyil”.

AzVision.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov keçirdiyi mətbuat konfransında deyib. Nazirin sözlərinə görə, onun rəhbərlik etdiyi qurum əvvəllər, yəni dövlət büdcəsi kəsiri olmayanda da bazara istiqraz buraxıb.

“Hökumət 5000 dollara qədər olan kreditlərə güzəşt edə bilərmi?” sualına cavabında:

“Kreditlə bağlı niyə güzəşt olmalıdır ki?. Bu bir qrupa edilsə, sabah başqa qrup da deyəcək onlara da güzəşt olunsun. Bizdə olan məlumata görə, kredit götürənlər gözləmə mövqeyindədir ki, güzəşt olacaq. Buna görə ödəmir. Digər tərəfdən hər bir kəs kredit götürərkən hansı valyuta götürdüyünü bilir. Banklar xeyriyyə təşkilatı deyil. Onlar bir tərəfdən kredit verirsə, digər tərəfdən sizdən əmanət alır`.

Nazir bildirib ki, qeyd olunan məbləğ çox böyükdür: `Yüksək faizlə kredit verib gəlir əldə edəndə heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər`.


Teqlər:  





Xəbər lenti