Davudoğlunun getdiyi yolda partlayış - Yaralı var

Davudoğlunun getdiyi yolda partlayış - Yaralı var
  05 Fevral 2016    Oxunub:3440
Türkiyə baş naziri Əhməd Davudoğlunun Mardinə hərəkət edən kortejinin keçdiyi yolda partlayış baş verib.
Bu barədə AzVision.az Türkiyənin `Sabah`qəzetinə istinadən xəbər verir.

Partlayış nəticəsində bir nəfər xəsarət alıb. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Hadisə ilə əlaqədar Mardində təhlükəsizlik tədbirləri gücləndirilib.

Qeyd edək ki, Əhməd Davudoğlu ötən gün Londonda Suriya və regiona dəstək üzrə beynəlxalq konfransda iştirak edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti