Banklar sınaqdan çıxa bilmədi

Banklar sınaqdan çıxa bilmədi
  05 Fevral 2016    Oxunub:3961
Mehman Muradlı

Dahi şairimiz Məmməd Arazın “Bu oyunda kim uduzdu, kim uddu” şeiri var. Gözəl şeirdi. Oyunun içindəyik. Heç bir əsaslı və əsassız səbəb olmadan neftin qiymətini dünya bazarında səbəbsiz enişi, buna rəğmən, neft hasilatının aşağı salınmaq əvəzinə, çoxaldılması böyük oyunun böyük hissəsidir.


Neftin qiymətinin səbəbsiz və əsassız enməsi neft ölkəsi kimi bizə də təsirsiz ötüşmədi. Əsas zərbə banklara dəydi. Banklar bu böhrandan çıxış yolu axtarmağa başladılar.

Baxmayaraq ki, illərdi yüksək faizlə borcladıqları müştərilərdən nəyi var, qazanc əldə ediblər, iradələri çatmadı ki, müştərisinə güzəştə gedib, böhran vəziyyətində olan durumlarını düzəltsinlər. Əksinə, köhnə idarəetmə formasından əl çəkmədilər.

Neft pullarından bəlkə də ən çox qazanc elə banklara çatıb. Müəssisələrarası köçürmələrdən, 2 milyondan çox vətəndaşa yüksək faizlə istehlak krediti verməklə, bir kredit əməliyyatından konvertasiyadan qazandıqlarını xatırlasaq, banklarımızın istehlak kreditləri üzrə illik qazancı Ermənistanın illik büdcəsindən çox edir.

Banklar müştərisinə güzəştə getmədi. Bununla da özlərinə olan inamı itirdilər. O inamı ki, müştəri gözüyumulu müqaviləyə imza atırdı. Borc aldığı şəxsə inanırdı. Çünki borcverən də borcalanın sözünə və təqdim etdiyi “iş yerindən” arayışa inanırdı. Xüsusi yoxlamaya ehtiyac yox idi. Qarşılıqlı inam varıydı.

Banklar bu sınaqdan çıxa bilmədilər. İllərdi qazandığı müştərisini itirdi. O müştərini ki, bankın ailəsinin bir üzvü idi.

Müştəri fikirləşməmişdi ki, yaxşı yaşamaq üçün gələcəkdə pis duruma düşsün. Müştəri də bilirdi ki, kredit bank xidmətinin ayrılmaz tərkibidi. Müştərisiz kredit olmur. Biri-birindən ayrılmaz məhfumdur. Biri-birini tamamlayır.

Banklar yaxşı vaxtında müştəriylə konsalidasiyaya gedirdilər. İndi pis durumdadırlar, məcbur olub, bir-birilə konsolidasiyaya gedirlər. Konsolidasiyaya getdikcə işçilərini itirirlər. İxtisarlar çoxalır. Amma əməkhaqları artmır. Əvvəl 1 işçi 1 bankın işini görürdüsə, indi 2 bankın işini görəcək. Burada bank qazanacaq. Xərclərini azaltmaqla qazanacaq. İtiriən isə ixtisara düşən əməkdaş və dövlət olacaq. İxtisara düşən əməkdaşdan vergi tutula bilməyəcək və büdcədə azalma olacaq.

P.S. Qucaqlaşmanız mübarək. Hər qucaqlaşma xeyir gətirməz.


Teqlər:





Xəbər lenti