Zəlzələdə ölənlərin sayı 23-ə çatıb

Zəlzələdə ölənlərin sayı 23-ə çatıb
  07 Fevral 2016    Oxunub:1646
Tayvanda baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən 6-sı uşaqdır.

Son məlumatlara görə, hadisə zamanı 120 insan dağıntılar altında qalıb. Axtarış-xilasedici əməliyyatlara 600-dən çox insan, 150-dən artıq texnika cəlb olunub.

ABŞ geoloji xidmətinin məlumatına görə, 6,4 bal gücündə təkanlar ölkənin cənubunda qeydə alınıb. Zəlzələ ocağı on kilometr dərinlikdə yerləşib. Təbii fəlakətdən ən çox Taynan şəhərinin zərər çəkdiyi bildirilir.


Teqlər:





Xəbər lenti