İstehlak kreditlərinin həcmi artıb - Mərkəzi Bank

İstehlak kreditlərinin həcmi artıb - Mərkəzi Bank
  09 Fevral 2016    Oxunub:2532
Mərkəzi Bank ötən ilin yekunlarına dair hesabatını açıqlayıb.
2015-ci ilin yanvarın 1-nə Azərbaycan kredit təşkilatları tərəfindən 21 milyard 718 milyon manat kredit qoyuluşunun 8 milyard 383,6 milyon manatı ev təsərrüfatlarına (istehlak kreditləri - red.) aid olub. Bu isə son bir ayda 853,6 milyon manat və ya 11,33% artım deməkdir.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) ötən ilin yekunlarına aid açıqladığı hesabatda deyilib.

AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi isə son bir ayda 40,2%-dən 38,6%-ə düşüb.

Verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb, 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az, nə çox 44% olub.

Qeyd edək ki, dekabrın 1-nə Azərbaycanda istehlak kreditlərinin həcmi 7 milyard 530 milyon manat təşkil edib.





Teqlər:  





Xəbər lenti