Dərman idxalı ƏDV-dən azad edə bilər

Dərman idxalı ƏDV-dən azad edə bilər
  10 Fevral 2016    Oxunub:2312
`Azərbaycana idxal edilən dərman vasitələrinin ƏDV-dən azad edilməsi mümkündür`.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib. Onun sözlərinə görə, bu, Gömrük Komitəsinə aid olan məsələdir:

"Bu, yanavrın 1-dən etibarən Dövlət Gömrük Komitəsinin səlahiyyətinə verilib. Hesab edirəm ki, bu, mümkündür və artıq parlamentdə də müzakirələr gedir. Əgər qəbul edilsə, büdcədə onu kompensasiya etməyə imkanımız var

Burada vergi büdcəsi çox da ziyana düşməyəcək. Əgər belə bir qərar qəbul olunarasa müsbət qarşılanacaq. Vergi orqanları üçün heç bir problem yaranamayacaq".


Teqlər:  





Xəbər lenti