Neft Fondu 3 ildə 27 milyon qazandı

Neft Fondu 3 ildə 27 milyon qazandı
  10 Fevral 2016    Oxunub:1761
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) 2012-ci ildə əldə etdiyi və dəyəri 177 350 000 ingilis funt sterlinqi həcmində olan Londonun Seynt Ceyms, 78 ünvanında yerləşən daşınmaz əmlak aktivinin icarəyə verilməsindən 2015-ci ilin sonuna qədər ümumilikdə təqribən 27 milyon ingilis funt sterlinqi məbləğində gəlir əldə edilib.
Bu barədə AzVision.az-a SOFAZ-dan məlumat verilib.

Fonddan bildiriblər ki, bununla yanaşı, hazırda bu əmlakın dəyəri bazarda 213 000 000 ingilis funt sterlinqi məbləğində qiymətləndirilir ki, (daşınmaz əmlak üzrə beynəlxalq məsləhətçi şirkət olan “KnightFrank” tərəfindən 2015-ci ilin sonuna olan qiymətləndirməyə əsasən) London daşınmaz əmlak bazarının yüksək likvidliyi (“KnightFrank” şirkətinin hesablamalarına əsasən 2015-ci ilin ilk üç rübündə Mərkəzi London ərazisində əqdlərin ümumi dövriyyəsi təqribən 12 milyard ingilis funt sterlinqi təşkil edib) də nəzərə alınaraq, bu aktivi ən qısa zamanda göstərilən qiymətə reallaşdırmaq mümkündür.

SOFAZ-dan qeyd ediblər ki, ümumilikdə isə 2015-ci ilin sonuna qədər bu aktivdən əldə edilən gəlirlilik (icarə haqqı və qiymət dəyişməsindən əldə edilən gəlir daxil olmaqla) 30%-dən yüksəkdir (orta illik gəlirlilik təqribən 10% təşkil edib).


Teqlər:  





Xəbər lenti