Beynəlxalq Bank kapitalını yarım milyard artırır

Beynəlxalq Bank kapitalını yarım milyard artırır
  12 Fevral 2016    Oxunub:2004
Azərbaycan Beynəlxalq Bankının səhmdarlarının növbədənkənar Ümumi Yığıncağı keçirilib.
AzVision.az banka istinadən xəbər verir ki, yığıncaqda Bankın nizamnamə kapitalının artırılması və bir sıra prosedur məsələlərə baxılıb.

Ümumi yığıncaqda Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının yeni səhmlərin emissiyası yolu ilə 500 milyon manat məbləğində artırılması, bununla da Bankın nizamnamə kapitalının 1 milyard 141,3 milyon manata çatdırılması qərara alınıb.


Teqlər:  





Xəbər lenti