Neftin qiymətində gözlənilməz dəyişiklik

Neftin qiymətində gözlənilməz dəyişiklik
  13 Fevral 2016    Oxunub:4782
Dünya bazarında neftin qiyməti bahalaşmaqda davam edir.
Oxu.az hərracların son nəticəsinə istinadən xəbər verir ki, WTI markalı neftin qiyməti 10 faizdən çox artıb. Saat 19:52-yə olan məlumata əsasən, Brent markalı Şimal dənizi neft qatışığının aprel fyuçerslərinin qiyməti 6,92 % bahalaşaraq bir barelə görə 32,16 olub. WTI neftinin mart fyuçerslərinin qiyməti 10,09 % artaraq bir barelə görə 28,84 dollar təşkil edib.

Qeyd olunur ki, neftin qiymətinin bahalaşmasına dünyanın ən iri neft şirkətlərinin “qara qızıl”ın istehsalını dayandıracağı barədə məlumatlar təsir göstərib.

***

Saat 21:19-a olan məlumata əsasən, Brent neftinin qiyməti bir barelə görə 32,9 dollar, WTI markalı neftin qiyməti isə 11% bahalaşaraq bir barelə görə 29,3 dollar təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti