Bakıda səfirliyin əməkdaşı qəzaya düşdü

Bakıda səfirliyin əməkdaşı qəzaya düşdü
  13 Fevral 2016    Oxunub:1661
Bakıda səfirliyə məxsus avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
AzVision.az “Report”a istinadən xəbər verir ki, Füzuli küçəsi 63-ün qarşısında Qazaxıstan səfirliyinə məxsus Qazaxıstan vətəndaşı Nazgül Aripovanın idarə etdiyi “Mercedes B-Klass” markalı maşınla Bakı şəhər sakini Cavid Səfərlinin idarə etdiyi “Kia-Optima” markalı avtomobil toqquşub.

Qəza zamanı sürücülərdən xəsarət alan olmayıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsində (PB) araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti