16,4 milyonluq dövlət istiqrazları alınıb

16,4 milyonluq dövlət istiqrazları alınıb
  13 Fevral 2016    Oxunub:2279
Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AzVision.az-a verilən məlumata görə, sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16 milyon 415 min ABŞ dolları təşkil edib. Sifarişlər 95,2505 faiz (gəlirlilik 5 faiz) və 97,1000 faiz (gəlirlilik 2,99 faiz) qiymət intervalında təqdim edilib.

İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 milyon dollar məbləğində müəyyən edilib. İstiqrazların ödəmə tarixi 2017-ci il fevralın 10-u, tədavül müddəti 364 gündür.

AzVision.az


Teqlər:





Xəbər lenti