Azərbaycan nefti 9 faiz bahalaşdı

Azərbaycan nefti 9 faiz bahalaşdı
  13 Fevral 2016    Oxunub:5265
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 33,14 dollar/barel təşkil edib ki, bu da fevralın 11-nə olan göstəricidən 2,71 dollar/barel çoxdur.
AzVision.az xəbər verir ki, bunu Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə deyib.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 12-də 32,35 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,7 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 12-də 28,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,74 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti fevralın 12-də 31,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,92 dollar/barel azdır.

AzVision.az


Teqlər:





Xəbər lenti