Daha bir komitədə yeni qurum yarandı

Daha bir komitədə yeni qurum yarandı
  15 Fevral 2016    Oxunub:3080
Dövlət Statistika Komitəsində Apellyasiya Şurası yaradılıb.
AzVision.az Komitəyə istinadən xəbər verir ki, Apellyasiya Şurasına Komitə sədrinin birinci müavini Vahab Məmmədov sədr təyin edilib.

Apellyasiya Şurasının tərkibinə isə komitənin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Qasım Əliyev, Keyfiyyətin idarə edilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə, İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Suleymanov, Ticarət statistikası şöbəsinin müdiri Aida İbrahimova, Sənaye və tikinti statistikası şöbəsinin müdiri Hacıbala Dadaşov, Kənd təsərrüfatı statistikası şöbəsi müdirinin müavini Gündüz Məmmədov Şuranın üzvü daxil olunub: "Apellyasiya Şurasının Katibliyinin rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Viktoriya Muradova, üzvləri İnsan resursları və hüquqi təminat sektorunun baş məsləhətçi-hüquqşünası Vüsalə Alıyeva, Milli hesablar və makroiqtisadi göstəricilər statistikası şöbəsinin Müəssisələr statistikası sektorunun baş məsləhətçisi Səbinə Dadaşova təyin edilib".


Teqlər:





Xəbər lenti