Daha üç kəndə qaz verilib

Daha üç kəndə qaz verilib
  15 Fevral 2016    Oxunub:1760
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Ağsu və Ağcabədi rayonlarının daha 3 kəndinə təbii qazın verilişi bərpa edilib.
AzVision.az SOCAR-ın mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 3 kəndin 812 abonenti təbii qazla təmin olunub. Qaz verilişi münasibətilə Ağsu rayonunda keçirilən tədbirdə bildirilib ki, ümumilikdə 189 abonenti olan Hacıuşağı və Cəfərli kəndlərinin yenidən qazlaşdırılması zamanı birpilləli sistem əsasında 29 378 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Ağcabədi rayonunun Təzəkənd kəndinə təbii qazın verilişinin bərpa edilməsi münasibətilə keçirilmiş mərasimdə qeyd olunub ki, 623 abonenti olan kəndin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 28 337 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.


Teqlər:  





Xəbər lenti