Gömrükdən büdcəyə daxilolmalar azalıb

Gömrükdən büdcəyə daxilolmalar azalıb
  17 Fevral 2016    Oxunub:1763
Cari ilin yanvar ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 103 626,66 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,12% azdır.
AzVision.az Komitəyə istinadən xəbər verir ki, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 26,6% azalaraq 23 442,44 min manat olub.

Həmçinin, ƏDV üzrə daxilolmaların həcmi 17,6% artaraq 76 901,09 min manat, aksizlər 58,7% azalaraq 2 124,02 min manat, yol vergisi üzrə daxilolmalar isə 8,2% azalaraq 1 159,11 min manat təşkil edib.


Teqlər:





Xəbər lenti