İki bank birləşməkdən imtina etdi

İki bank birləşməkdən imtina etdi
  17 Fevral 2016    Oxunub:3176
"Dəmirbank" rəhbərliyi "Parabank"la konsolidasiya haqqında yayılan xəbərləri təkzib edib.
AzVision.az Banka istinadən xəbər verir ki, "Dəmirbank" adıçəkilən bankla birləşmək haqda danışıq aparmayıb: "Son zamanlar mətbuatda "Dəmirbank"ın hər hansı bir bankla birləşməsinə dair məlumatlar yayılıb. Şəffaflıq ənənələrinə sadiq qalaraq, "Dəmirbank" hər zaman strateji qərarlarını müştərilərə və mətbuata açıqlayır. "Dəmirbank"la "AGBank" arasında ilkin niyyət protokolu imzalansa da, fevralın 11-də nəzərdə tutulmuş konsolidasiya prosesi ləğv edilib.

Sözügedən konsolidasiya prosesi üzrə müzakirələr dayandırıldıqdan sonra "Dəmirbank" "ParaBank"la birləşmək haqda heç bir danışıqlara başlamayıb. Hər hansı bir bankla birləşmə haqqında müzakirələr başlandığı halda, ictimaiyyətə, tərəfdaşlara və mətbuata bunun haqqında məlumat veriləcək", - deyə məlumatda bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti