Hesablama Palatası yeni büdcəyə müsbət rəy verdi

Hesablama Palatası yeni büdcəyə müsbət rəy verdi
  18 Fevral 2016    Oxunub:2448
Hesablama Palatasının Kollegiya islası keçirilib.
AzVision.az-ın məlumatına görə, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” qanunların layihələrinə Palatanın hazırladığı rəylər müzakirə olunub.

İlk olaraq, dövlət büdcəsinə yenidən baxılmanı şərtləndirən makroiqtisadi şərait, gəlir və xərclərdə nəzərdə tutulmuş dəyişikliklərin əsas istiqamətləri, dövlət büdcəsinin kəsiri və kəsirin maliyyələşdirilmə mənbələri üzrə məlumatlar dinlənilib. Daha sonra Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi ilə bağlı nəzərdə tutulmuş dəyişikliklər barədə məruzə olunmuş, nəzərdə tutulmuş dəyişikliklərin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə başçısı tərəfindən imzalanmış müvafiq fərmanların icrasının təmin edilməsi məqsədini daşıdığı bildirilib. Kollegiya qanun layihələrinin mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlandığını nəzərə alaraq hər iki rəyin Milli Məclisinə təqdim edilməsi ilə bağlı qərarlar qəbul edib.

AzVision.az


Teqlər:





Xəbər lenti