Səhiyyə Nazirliyindən yenilik

Səhiyyə Nazirliyindən yenilik
  15 İyul 2013    Oxunub:1121
Vətəndaşlar Səhiyyə Nazirliyinin rəsmi şəxslərinə onları maraqlandıran sualları ünvanlaya və cavab ala biləcəklər.
Bu barədə AzVision.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, nazirlikdə bununla bağlı artıq qərar verilib. Belə ki, Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində yeni yaradılmış “Onlayn konfrans” bölməsi vasitəsilə nazirliyin və aidiyyatı qurumlarının rəhbər şəxsləri, aparıcı mütəxəssisləri əhalini maraqlandıran sualları cavablandıracaqlar.

Mətbuat xidmətindən verilən məlumata görə, “Onlayn konfrans”ın ilk qonağı ET Pediatriya İnstitutunun direktoru, Baş pediatr Nəsib Quliyevdir.

Suallar 31 iyul 2013-cü il tarixinədək qəbul olunur.


Teqlər:  





Xəbər lenti