AZAL-ın yeni təyyarəsi sabah uçacaq

AZAL-ın yeni təyyarəsi sabah uçacaq
  15 İyul 2013    Oxunub:1284
“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gəncə şəhərinin 4 000 illik yubileyi ilə əlaqədar olaraq yeni aldığı “Embraer-190” təyyarəsinin ilk reysi sabah Gəncədən Bakıya olacaq.
Bu barədə AzVision.az-a Gəncə Şəhər İcra başçısının müavini Naqif Həmzəyev məlumat verilib. Onun sözlərinə görə, sabah təyyarə ilə ilk dəfə Gəncənin 4 000 illik yubilieyi ilə əlaqədar Bakıda keçiriləcək tədbir iştirakçıları uçacaq.

Tədbirdə Gəncə şəhərinin 4000 illik tarixi ilə bağlı Beynəlxalq Elmi-Praktik konfrans, Doktor İsmayil Serageldinin müəllifi olduğu Nizami Gəncəvi monoqrafiyasının və Şeyx Nizami Filminin təqdimatı keçiriləcək.

YUNESKO-nun sabiq Prezidenti Frediriko Mayor, Misirin İskəndəriyyə Kitabxanasının direktoru Doktor İsmayıl Serageldin, Guliya Alasaniya bir sıra şərqşünas-tarixçi alimlərin, “Madrid klubunun” üç əməkdaşının iştirakı nəzərdə tutulur.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, eləcə də Gəncə şəhərinin ictimaiyyət nümayəndələri, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, AMEA-nın və digər əlaqədar qurumların rəhbərləri və nümayəndə heyətləri iştirak edəcəklər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti