Bu dəfə şəkililəri qəbul edəcək

Bu dəfə şəkililəri qəbul edəcək
  16 İyul 2013    Oxunub:1292
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi general-leytenant Arzu Rəhimov avqustun 10-da Şəki şəhərində şimal-qərb rayonları üzrə vətəndaşları qəbul edəcək.
Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xidmətin Şəki şəhər şöbəsinin inzibati binasında (Şəki şəhəri, M. Füzuli küçəsi - 1) keçiriləcək görüşdə Şəki, İsmayıllı, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar avqustun 9-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

AzVision.az


Teqlər:





Xəbər lenti