Əsəd Cahangirdən Kamal Abdullaya xəbərdarlıq

Əsəd Cahangirdən Kamal Abdullaya xəbərdarlıq
  16 İyul 2013    Oxunub:1149
Tanınmış ədəbi tənqidçi Əsəd Cahangir son günlərdə ədəbi mühitdə yaranmış qalmaqala münasibət bildirib. Onun AzVision.az-a göndərdiyi açıqlamada deyilir:
- Gənc şair Emin Pirinin Kamal Abdulla ilə bağlı facebookda yayımladığı status (“Aqşin Yenisey Kamal Abdulladan qorxduğu qədər Allahdan qorxsaydı, indi Cəlilabad kəndlərində axundluq edərdi” ) son günlər ən müxtəlif saytlarda geniş qalmaqal predmetinə çevrilib və bu məsələdə çox haqsız olaraq mənim də adım hallandırılır.

Kamal Abdullanın rəhbərlik etdiyi BSU-nun çoxsaylı əməkdaşları böhtan və təhqir dolu yazılarla bütün sosial şəbəkə və saytları zəbt ediblər. Gənc bir şairin adi bir dost zarafatı xarakteri daşıyan statusuna qarşı bu hərəkətlərin özü göstərir ki, o, öz statusunda nə qədər haqlıdır. Bu öz yerində! Amma məni daha çox maraqlandıran öz adımın heç bir aidiyyətim olmayan bir məsələdə dönə-dönə, hətta Kamal Abdullanın özü tərəfindən belə hallandırılmasıdır.

Kamal Abdullaya çatdırmaq istəyirəm: Sizə olan bütün hörmətimə baxmayaraq, əgər Emin Piri məsələsi ilə bağlı işçilərinizin və özününüzün təhqir və böhtan dolu yazılarınız dayandırılmasa, bəyənmədiyiniz "Dəmirbaşlar" essemdəki sizə aid iki kitab səhifəsini ən azı iki qəzet səhifəsi həcminə çatdırmaq və mətbuatda dərc etdirmək zorunda qalacağam. Nəzərə alın ki, sizin haqqınızdakı məqaləm Prezident Adminstrasiyası rəhbərinin Şah İsmayıl Xətai haqqındakı məşhur məqaləsinin tezislərinə əsaslanacaq. Böhtanlar və təhqirlərlə adamların səbrini daşırmayın.

AzVision.az


Teqlər:  





Xəbər lenti