SOCAR-dan daha bir təkzib

SOCAR-dan daha bir təkzib
  16 İyul 2013    Oxunub:1132
ARDNŞ Şimali İraqda hər hansı fəaliyyət növü ilə məşğul olduğunu təkzib edib.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Neft Şirkəti məlumat yayıb:

"Bəzi kütləvi informasiya vasitələrində "məlumatlı mənbə"yə istinadən yayılmış belə bir yanlış məlumat dərc olunub ki, guya ARDNŞ Şimali İraqda, Mosul və Kərkük şəhərləri ətrafında neft kəşfiyyatı ilə bağlı geoloji işlərə start verib. Xəbərdə daha sonra bu məlumatı "əsaslandırmaq" məqsədi ilə uydurma ehtimallar irəli sürülür".

ARDNŞ bildirir ki, həmin xəbərin heç bir əsası yoxdur, orada göstərilən rəqəm və məlumatlar həqiqətəuyğun deyil, kiminsə təxəyyülünün məhsuludur. ARDNŞ İraqın heç bir yerində heç bir fəaliyyətlə məşğul deyil.


Teqlər:  





Xəbər lenti