3 nəfər Nazirliyi təşvişə saldı

3 nəfər Nazirliyi təşvişə saldı
  16 İyul 2013    Oxunub:1034
Onlar suda batmaq təhlükəsindən xilas oldular
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) 1nəfər çimərkən batmaq təhlükəsi ilə üzləşib. Həmin şəxs Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Xəzər rayonunda da (“Zuğulba-3” sularda xilasetmə məntəqəsinin ərazisində) çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Üçüncü suda batmaq təhlükəsi Sabunçu rayonunda (“Bilgəh” sularda xilasetmə məntəqəsindən 100 metr solda, tikinti aparılan nəzarətsiz ərazisində) baş verib. Batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti