Şəkililərin problemləri həll olundu

Şəkililərin problemləri həll olundu
  18 İyul 2013    Oxunub:1079
Azərbaycanın vergilər naziri Fazil Məmmədov tərəfindən Şəki şəhərində vətəndaşların regional qəbulu keçirilib.
AzVision.az-ın məlumata görə, Şəki, Mingəçevir şəhərləri, Zaqatala, Balakən və Qax rayonlarından olan 70-dək vətəndaş vergi inzibatçılığı, vergi borcları, POS-terminalların quraşdırılması, sahibkarlığın inkişafına ciddi təkan verən güzəştli kreditlərin həcminin artırılması, təhsil sahəsində əlavə dəyər vergisinin ləğvinə baxmayaraq, bunun təhsil haqlarında əksini tapmaması və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər.

Qaldırılan problemlərin əksəriyyəti yerində həll olunub, digər məsələlərin araşdırılması və müvafiq tədbirlər görülməsi barədə tapşırıqlar verilib.


Teqlər:





Xəbər lenti