ABŞ İsraili Fələstinlə danışıqlara çağırdı

ABŞ İsraili Fələstinlə danışıqlara çağırdı
  19 İyul 2013    Oxunub:1280
Fələstin işğal edilmiş ərazilərinin geri qaytarılması və İsrail həbsxanalarındakı fələstinli məhbusların azad olunması şərti ilə danışıqlara başlayacağını bildirib.
AzVision.az məlumat verir ki, İsraili Fələstinlə danışıqlara ABŞ təhrik edib. Belə ki, ABŞ prezidenti Barak Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı zamanı onu fələstinlilərlə sülh danışıqlarını yeniləməyə çağırıb. ABŞ Dövlət Departamentindən bildirilib ki, Con Kerri hər iki tərəflə məsləhətləşəcək.

Fələstin tərəfi isə onların təklifi yerinə yetirilməyənədək sülh danışıqlarının yenilənməsindən imtina edəcəyini bildirib. Muxtariyyətin sözçüsü Saib İrikat bildirib ki, iki dövlətin sərhədi 1967-ci ildə müəyyən edilmiş qaydada olmalıdır. Bundan başqa, Fələstin İsrail həbsxanalarındakı məhbuslarının azad olmasını tələb edir.

İsrailin baş naziri Netanyahu isə Fələstin tərəfinin qoyduğu şərtləri yerinə yetirmədən sülh danışıqlarının keçirilməsini təkid edir.

AzVision.az


Teqlər:





Xəbər lenti