İlham Əliyev: `Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır`

İlham Əliyev: `Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır`
  19 İyul 2013    Oxunub:1477
“Paradda nümayiş etdirilən silah-sursat və texnika ən son modellərdir, ən güclü texnikadır. İstər helikopterlər, istər tanklar, zirehli maşınlar, artilleriya qurğuları, hava hücumuna qarşı qurğular, digər texnikalar bir daha göstərir ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Eyni zamanda, bu hərbi parad son illər ərzində ordu quruculuğu işində görülmüş işlərin hesabatı idi”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.
- Əlbəttə, bilirəm ki, Azərbaycan xalqı bu paradı böyük maraqla izləyib və qürur hissi keçirib ki, bizim belə güclü imkanımız, güclü ordumuz var. Eyni zamanda, bu parad Ermənistanda böyük narahatlığa səbəb oldu. Bilirəm ki, paraddan sonra orada yaşanan isterika, panika və qorxu hissi bu günə qədər hələ çəkilməyib. Bu da təbiidir, çünki düşmən Azərbaycanın qüdrətini öz gözü ilə gördü və bir daha bildi ki, biz istənilən varianta hazırıq. Biz əldə etdiyimiz texnika ilə düşmənin istənilən nöqtəsini məhv etməyə qadirik. Paradda dediyim kimi, düşmənlə istənilən dildə danışa bilərik. Bütün siyasi və diplomatik səylərlə yanaşı, bizim hərbi gücümüz Dağlıq Qarabağ məsələsinin həllində həlledici rol oynayacaq,- deyə prezident qed edib.

Prezident deyib ki, biz bundan sonra da hərbi qüdrətimizi artıracağıq, bundan sonra da ən müasir texnikanı alacağıq. Bu texnikanın alınması ilə heç bir problem yoxdur: “Biz müxtəlif ölkələrdən texnika alırıq, eyni zamanda, Azərbaycanda istehsal edirik. Bizimlə hərbi sahədə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmaqdadır. Mətbuatda rəqəmlər səslənir ki, Azərbaycan bəzi ölkələrdən 1 milyard dollar dəyərində silah alıb, bəzi ölkələrdən 1,6 milyard dollar həcmində silah alıb. Deyə bilərəm ki, bu rəqəmlər reallığı əks etdirmir. Əslində, bizim hərbi texniki əməkdaşlıq bu rəqəmlərdən bir neçə dəfə böyük rəqəmlərlə ölçülür. Sadəcə olaraq biz bu rəqəmləri açıqlamırıq. Vaxtaşırı xarici mətbuatda gedən məlumatlara şərh veririk. Amma biz bütün məlumatları açıqlaya bilərik. Çünki bizim dövlət büdcəmiz şəffafdır, bütün xərclərimiz də açıqdır”.

- Ermənistan xalqı isə hesab edərəm ki, bundan qorxmamalıdır. Ermənistan xalqı öz rəhbərliyindən qorxmalıdır. Onların fəaliyyətindən qorxmalıdır. Qaniçən, gözü doymayan, korrupsiyaya uğramış, kriminal hakimiyyətdən qorxmalıdır ki, bu hakimiyyət onları bu vəziyyətə salıb. Bu hakimiyyətin fəaliyyəti nəticəsində hər il 100 minə qədər erməni öz ölkəsini həmişəlik tərk edir. Belə getsə 5-6 ildən sonra orada 1 milyondan az əhali qalacaq. Bu günah bilavasitə Ermənistanın rəhbərliyi üzərinə düşür. Çünki onların işğalçı və yırtıcı siyasəti, onların qaniçən, gözü doymayan mahiyyəti Ermənistanı bax bu fəlakətə gətirib çıxarıbdır. Biz isə inamla qabağa gedirik. Biz güclü dövlətik. Bizim gücümüz getdikcə artacaq. Bu gücü daha da möhkəm etmək üçün biz daha da fəal işləməliyik.


Teqlər:





Xəbər lenti