İlham Əliyev Şabrana getdi

İlham Əliyev Şabrana getdi
  19 İyul 2013    Oxunub:1151
İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şabran rayonuna səfərə gəlib.
Dövlətimizin başçısı Şabran şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

AzVision.az xəbər verir ki, prezident İlham Əliyev həmçinin Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılıb və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılmışdır. Binanın ətrafda əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınıb.

Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Buradakı fotostendlərdə Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapıb. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

Qeyd olundu ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da vardır.

Dövlətimizin başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.

AzVision.az


Teqlər:  





Xəbər lenti