Duqindən şok Rüstəm İbrahimbəyov açıqlaması

Duqindən şok Rüstəm İbrahimbəyov açıqlaması
  22 İyul 2013    Oxunub:1173
`Milli Şuranın lideri ruslarla bazarlıq edir`


Rusiyanın tanınmış siyasətçilərindən Aleksandr Duqin “Vesti.az” saytına müsahibəsində Rusiya-Azərbaycan münasibətləri ilə yanaşı, Azərbaycandakı daxili siyasi vəziyyətlə bağlı da ilginc bəyanatlar səsləndirib. A.Duqin iddia edib ki, Milliu Şuranın lideri Rüstəm İbrahimbəyov Rusiya ilə bazarlıq aparır.

Beynəlxalq aləmdə kifayət qədər ciddi siyasətçi imici qazanan Duqinin bu iddiası Azərbaycanda müxalif siyasi partiyalar tərəfindən birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu Duqinin açıqlamasının ciddi önəm kəsb etdiyini vurğuladı: “Duqin Rusiyanın çox məşhur alimlərindən biridir. O, həm də tanınmış siyasətçidir. Onun hakimiyyətin müəyyən qüvvələri ilə əlaqəsi var. Təbii ki, Duqin Rüstəm İbrahimbəyovla bağlı belə bir fikir işlədibsə və bu fikir həqiqətən də ona məxsusdursa, deməli o, bu sözü müəyyən məlumat və faktlara əsasən söyləyib. Biz əvvəldən də Rüstəm İbrahimbəyovun proyetkinə şübhə ilə yanaşırdıq və bildirirdik ki, bu, Rusiya ilə bağlıdır”.

Sərdar Cəlaloğlu:
“Duqin belə bir fikir səsləndirirsə, deməli müəyyən faktlara əsaslanır”


Sərdar Cəlaloğlu R.İbrahimbəyovun Avropada keçirəcəyi görüşlərlə bağlı verdiyi bəyanatların da reallıqla uzlaşmadığını qeyd etdi: “Rüstəm İbrahimbəyov dəfələrlə bəyanat verib ki, iyul ayında Avropaya səfərlər planlaşdırır. İndi isə mətbuatdan məlum olur ki, o, Avropaya orada məskunlaşan azərbaycanlılarla görüşməyə gedir. Guya onlardan seçkilərə dəstək almaq istəyir. Belə münasibət Avropanın bir mesajıdır. Avropa bununla bildirir ki, o, Azərbaycanda Rusiya variantında hansısa hakimiyyət dəyişikliyini dəstəkləmir və bundan sonra da dəstəkləməyəcək. Duqinin dediyinə gəlincə, ola bilsin ki, Rüstəm İbrahimbəyov Rusiyadan daha ciddi dəstək almaq üçün Rusiya ilə daha ciddi bazarlıqlar aparsın”.

Vətəndaş və İinkişaf Partiyası (VİP) sədri Əli Əliyev Rüstəm İbrahimbəyovun rus proyektində iştirak etdiyi ilə bağlı Duqindən daha öncə açıqlama verdiyini qeyd etdi: “Yəqin ki, bu prosesləri izləyən təcrübəli jurnalist kimi VİP-in cari ilin fevral ayından bu günə qədər bu mövqeyi ortaya qoyduğunu bilirsiz. Biz Rüstəm İbrahimbəyovu öz mülahizələrimizə görə deyil, onun öz açıqlamalarına görə Rusiya layihəsinin müəllifi olduğu, Milli Şuranən Azərbaycanıən maraqlarına zidd olduğunu qeyd etmişik. Nə qədər qeyri-təvazökar səslənsə də VİP bu mövqeyi ilk gündən sərgiləyir. Bu mövqeyin müəllifiliyi bizə məxsusdur”.

Əli Əliyev: “Duqinin açıqlaması VİP-in mövqeyinin təsdiqidir”

Ə.Əliyevin sözlərinə görə, kifayət qədər sanballı politoloq imicinə malik olan Duqinin sözlərini heç bir halda qeyri-ciddi hesab etmək, bu fikirlərə səthi yanaşmaq olmaz: “Duqin elə-belə politoloq, sıradan bir professor deyil. A.Duqin Kremlin siyasətinə təsir göstərmək gücündə olan bir analitikdir. O, bilavasitə Putinə çıxışı olan, onun siyasi mövqeyini ayarlayan, cilalayan şəxslərdən biridir. Duqinin öz müsahibəsində Rüstəm İbrahimbəyovun Moskva bazarlığı ilə bağlı fikir bildirməsini bu aylar ərzində VİP və şəxsən mənim tərəfimdən irəli sürülən mülahizələrin təsdiqi kimçi qiymətləndirmək lazımdır”.

Partiya sədrinin bidlirdiyinə görə, onların Rüstəm İbrahimbəyov və Milli Şura haqqında çıxardıqları nəticə Rüstəm İbrahimbəyovun özünün səsləndirdiyi fikirlər əsasında formalaşıb: “Biz bu günə qədər Rüstəm İbrahimbəyovu onun öz açıqlamalarında yer verdiyi fikirlər əsasında Rusiya layihəsinin iştirakçısı kimi dəyərləndirmişik. Rüstəm İbrahimbəyova məxsus “mən “Milyarderlər Klubu”nun Azərbaycan üzrə koordinatoruyam” fikri, habelə bu qurumun Azərbaycana təzyiq məqsədilə yaradılması kimi faktları əsas tutaraq “Milyarderlər klubu” və daha sonra Rüstəm İbrahimbəyovun başında dayandığı Milli Şuranın Kremlin layihəsi olduğunu iddia edirdik”.

Ə.Əliyevin qənaətincə, proseslərin sonrakı inkişafı onların iddiasını əsaslandıran daha bir neçə faktı ortalığa çıxardı: “Bundan sonra bizim iddialarımızı təsdiqləyən daha bir neçə fakt meydana çıxdı. Bunlardan biri mayın ortalarında Rüstəm İbrahimbəyov xarici siyasət kursu ilə bağlı fərdi mövqeyini Milli Şuraya qəbul etdirməsi oldu. Və təsis bəyannaməsində proseslərə təsir etmə gücünü nümayiş etdirdi. Əfsuslar olsun ki, Azərbaycanınm müstəqilliyinin qazanılmasında xidmətləri olan şəxslər və onların təmsil etdiyi partiyarlar da bu mövqeyi dəstəklədilər. Baxmayaraq ki, birinci mərhələdə Rüstəm İbrahimbəyov bu istəyinə müəyyən müqavimət göstərilmişdir. Bu faktlar bir daha göstərdi ki, Milli Şura layihəsi xarici dövlətlərdən birinin layihəsidir. Proseslərə bir qədər diqqətlə baxılsaydı bunun Rusiyanın layihəsi olduğu aydın olardı. Biz bunu əvəldən görürdük və bu fikirlərimizi ictiamiyyətlə bölüşürdük. Bu günlərdə cənab Duqinin açıqlaması isə bizim irəli sürdüyümüz iddiaların doğruluğunu təsdiq etdi”.

Gülağa Aslanlı: “Rus politoloquna deyil, Rüstəm İbrahimbəyovun şəxsiyyətinə inanıram”
Müsavat Partiyası başqanının müavini, Milli Şura üzvü Gülağa Aslanlı isə Duqinin fikirlərinə deyil, Rüstəm İbrahimbəyovun şəxsiyyətinə inandığını qeyd etdi: “Mən Rusiya politoloqlarından daha çox Rüstəm İbrahimbəyovun özünə, onun şəxsiyyətinə, onun Azərbaycan xalqı və Azərbaycan millətinə olan sevgisinə inanıram. Buna görə də Rüstəm İbrahimbəyov haqqında hər hansı bir rus politoloqunun səsləndirdiyi fikir mənim üçün əsas ola bilməz”.

“Hürriyyət” qəzeti


Teqlər:  





Xəbər lenti