Nazir Fəxri Doktor adına layiq görüldü

Nazir Fəxri Doktor adına layiq görüldü
  22 İyul 2013    Oxunub:1137
Macarıstanın Kapoşvar Universitetinin Senatının 2013-cü ilin iyun ayında qəbul etdiyi qərara əsasən, Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov Macarıstanın Kapoşvar Universitetinin Fəxri Doktoru adına layiq görülüb.

Macarıstanın Azərbaycandakı Səfirliyindən AzVision.az-a verilən məlumata görə, Macarıstanın Kapoşvar Universiteti rektoru Ferenc Szavai nazir İsmət Abasova məktub göndərib. O, məktubunda naziri avqustun 1-dən sentyabrın 30-dək Macarıstanın Kapoşvar Universiteti tərəfindən təşkil ediləcək Kapoşvarın VII Heyvandalıq Günlərinə dəvət edib.

F.Szavay deyib ki, Fəxri Doktor diplomu həmin mərasimdə təqdim olunacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti