Kürün suyu azalıb

Kürün suyu azalıb
  23 İyul 2013    Oxunub:1235
Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 30-70, Kiçik Qafqazın çaylarında 80-110, Lənkəran-Astara bölgəsi çaylarında və Naxçıvan MR çaylarında isə normanın 10-50 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, iyulun 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 38 sm artım müşahidə olunub, lakin iyulun 22-də çayın səviyyəsində 24 sm azalma qeydə alınıb.

Hazırda məntəqədə su sərfi 129 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir. İyulun 22-də Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 61.0 m3/s olmaqla, ongünlük normanın 69 faizini təşkil edir.

İyulun 22-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Salyanda 5, Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində 2 sm azalma qeydə alınıb, Şirvanda isə suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 317 sm, Şirvanda 153 sm, Salyanda 90 sm, Bankədə 211 sm, Araz çayının Novruzlu məntəqəsində isə 45 sm təşkil edir.


Teqlər:  





Xəbər lenti