Birinci xanımın iftar süfrəsi Pakistan mətbuatında

Birinci xanımın iftar süfrəsi Pakistan mətbuatında
  23 İyul 2013    Oxunub:2107
Mehriban Əliyevanın təşəbbüsü ilə İslamabaddakı kimsəsizlər evində təşkil olunmuş iftar süfrəsi Pakistan mətbuatında geniş işıqlandırılıb
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın İslamabad şəhərindəki "Edhi Homes" kimsəsizlər evində təşkil olunmuş iftar süfrəsi bu ölkənin mətbuatında geniş işıqlandırılıb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, ölkənin nüfuzlu ingilisdilli qəzetlərindən olan "The News", "Pakistan Observer", "The Lahore Times", "Diplomatic Star" jurnalı və "DNA NEWS","Pakistan in the World" və "One Pakistan" informasiya agentlikləri, habelə urdudilli "Jang", "Jahan e Pakistan" qəzetlərində mövzu ilə bağlı ətraflı məlumatlar verilib.

Məqalələrdə bildirilib ki, Pakistanın tanınmış dövlət və ictimaiyyət xadimlərinin iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr barədə ətraflı məlumatlar verilib.

Bildirilib ki, Heydər Əliyev Fondunun Pakistanda reallaşdırdığı silsilə humanitar yardım proqramları çərçivəsində "Edhi Homes" kimsəsizlər evində sığınacaq tapan uşaqlara, həmçinin Xayber Paxtunxva əyalətinin on minlərlə sakini tibbi müayinə olunub, hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılıb, Peşavər şəhərinin "Akbar Care" Serebral İflic İnstitutunda imkansızlar üçün pulsuz müayinə təşkil edilib, həmçinin Kulsum İnternational xəstəxanasında pulsuz açıq ürək əməliyyatları aparılıb.

Məlumatlarda Heydər Əliyev Fondu tərəfindən Həmza Fondu üçün müasir qanköçürmə avadanlığı və laboratoriyası ilə təchiz edilmiş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi alınması, Ramazan ayı və Qurban bayramında Pəncab, Sind, Xayber Paxtunxva və Bəlucistan əyalətlərində humanitar aksiyaların keçirilməsi, Xayber Göz Fondunun yeni binasının inşasına maliyyə dəstəyinin ayrılması, Saif Fonduna maddi yardımların edilməsi də oxucuların diqqətinə çatdırılıb.

Eyni zamanda, vurğulanıb ki, Pakistanın Müzəffərabad şəhərində zəlzələ zamanı dağılmış məktəbin yerində 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən yeni müasir qızlar məktəbi inşa edilmiş və 2012-ci ildə əsaslı təmirdən sonra bu tədris mərkəzinə Pakistan hökumətinin təşəbbüsü ilə Mehriban Əliyevanın adı verilib.
Daha sonra yazılarda tədbirdə iştirak edən Pakistan Senatı üzvlərinin bu ölkədə həyata keçirdiyi layihələrə, həmçinin Ramazan ayında kimsəsiz uşaqlara iftar yeməyi təşkil etdiyinə görə Azərbaycanın birinci xanımına dərin minnətdarlığını bildirdiyi qeyd olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti