`Digər istirahət mərkəzlərində də yoxlamalar aparılır` - AÇIQLAMA

`Digər istirahət mərkəzlərində də yoxlamalar aparılır` - AÇIQLAMA
  01 Avqust 2013    Oxunub:1591
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Respublika ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərində yoxlama aparır.
Bu barədə AzVision.az-a komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. Onun sözlərinə görə, komitə Atlant” və “Malibu” istirahət mərkəzləri ilə bağlı ilk informasiyanı yaydı.

“Yaxın günlərdə digər rayonlarda olan nöqsanlarla bağlı mətbuata məlumat verəcəyik. Bütün Respublika ərazisinə bu yoxlamalar aparılır, Komitənin Dövlət Nəzarəti xidmətinin ərazi idarələrinin fəaliyyət göstərdikləri regionlarda yoxlamalar gedir”-deyə, komitə rəsmisi əlavə edib.

Qeyd edək ki, Komitənin bir neçə gün öncə yaydığı məlumatda bildirilir ki, Xaçmaz rayonu, Nabran kəndində yerləşən “Atlant” MMC-yə məxsus istirahət mərkəzi və “Nişanə” MMC-yə məxsus “Malibu” istirahət mərkəzində standartların tələblərinə, sanitariya norma və qaydalara əməl edilmədiyi müəyyən edilib.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti