Kolleclərə 21 min 594 abituriyent ərizə verib

Kolleclərə 21 min 594 abituriyent ərizə verib
  01 Avqust 2013    Oxunub:937
Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında (IX sinif) ərizə qəbulu davam edir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadənin AzVision.az-a verdiyi məlumata görə, iyulun 17-dən indiyə qədər 21 min 594 abituriyent ərizəsini təsdiq edib.

Qeyd edək ki, orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında ( IX sinif) ərizə qəbulu 15 avqust tarixinə qədər davam edəcək. Qəbul imtahanı avqustun 25-də keçiriləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti