“Cəmil Quliyev özünə lazım olan adamlarla işləyir”

“Cəmil Quliyev özünə lazım olan adamlarla işləyir”
  01 Avqust 2013    Oxunub:2065
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Gənclər, elm və təhsil verilişləri departamentinin müavini, “Addım-addım” verlişinin aparıcısı Rühəngiz Mehmanqızı vəzifəsindən azad edilib.
Bu barədə AzVision.az-a R.Mehmanqızı özü məlumat verib. Bildirib ki, bu gün səhər kadrlar şöbəsinin müdiri onu otağına çağırıb və ərizəsini yazmağı tələb edib:

“Əslində bu gün verlişimiz üçün çəkilişləri planlaşdırmışdıq. Dəvət etdiyimiz qonaqlar da gəlmişdi. Çəkilişə başlamazdan 5 dəqiqə qabaq kadrlar şöbəsinin müdiri məni otağına çağırdı və dedi ki, ərizəni yaz çıx işdən. O, bu qərarını bir neçə gün işə gəlməmimlə izah etdi. Halbuki mən xəstə olduğumla bağlı şöbə müdirinə zəng edib, məlumat vermişdim”.

Aparıcı bildirdi ki, Azərbaycan telekəmanında uşaqların maarifləndirilməsi baxımından onun verilişi kimi verilişlər çox azdır. “Məni narahat edən əsas problem odur ki, mən özüm 20 ildir ki, uşaq psixolgiyası ilə məşğulam. Bu işi mənim kimi heç kim bilə bilməz. Mən uşaqlarla bağlı çoxlu verişilər hazırlamışam. Bizdə uşaq verilişlərini sayı çox azdır. Olanlar da ancaq çalıb-oynamaqan ibarətdir. Lakin, mənim verilişlərimdə uşaqların tərbiyəsi, onların maariflənməsi, valideynlərlə-uşaqların münasibətlərinə dair çoxlu məsələlər müzakirə olunurdu”

Ruhəngiz Mehmanqızının sözlərinə görə, onun işdən çıxarılmasının əsas səbəbi Gürcüstan vətəndaşı olmasıdır: “Mən İctimai kanala müsabiqə yolu ilə qəbul olmuşdum. Heç o vaxt bilmirdim ki, İsmayıl Ömərov da gürcüstanlıdır. Məni işə qəbul edəndə və sənədlərimə baxanda İsmayıl müəlli zarafatla dedi ki, indi deyəcəklər öz yerlisini işə götürür. İndi isə yeni rəhbərlik deyir ki, kanalda bir nəfər də olsun gürcüstanlı qalmayacaq. Mənim işdən çıxarılmağımın əsas səbəbi budur”.

R.Mehmanqızı telekanalın direktoru Cəmil Quliyevə öz iradlarını da bildirdi: “Əgər səhvim var idisə, məni yanına çağırıb deyə bilərdi. Yoxsa ki, belə olmaz. Həmişə müsahibələrində deyirdi ki, mən peşəkarlarla işləmək istəyirəm. Amma indi görünür ki, o peşəkarla yox özünə lazım olan adamlarla işləməyə üstünlük verir”

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti