Suriyada 450 kürd öldürüldü

Suriyada 450 kürd öldürüldü
  06 Avqust 2013    Oxunub:1064
Öldürülənlər arasında 330 qadın və qoca, həmçinin 120 uşaq olub.
AzVision.az məlumat verir ki, beynəlxalq terror şəbəkəsi “Əl-Qaidə” ilə əlaqəli olan və Suriya müxalifəti tərəfində vuruşan “Ən-Nusra cəbhəsi”nin döyüşçüləri Suriyanın şimalında kürd rayonlarının 450 dinc sakinini öldürüblər. Bu barədə İranın “Press TV” telekanalı bildirib. Belə ki, döyüşçülər Rəkka əyalətinin Təl-Əbyad adlı hissəsində 330 qadın və qocanı, 120 uşağı öldürməklə qətliyam törədiblər.

Xatırladaq ki, bir neçə gün qabaq “Ən-Nusra cəbhəsi”nin döyüşçüləri Suriyanın şərqində yerləşən iki kənddə 200 kürdü əsir götürmüşdü. Bir gün əvvəl isə Suriyada yaşayan kürdlər, islam ekstremistlərindən müdafiə olunmaq üçün ümumi səfərbərliyə çağırılmışdı. Səfərbərliyə çağırış Suriyanın şimal-şərqində kürd aktivistlərindən birinin qətlindən sonra baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti