Arktikada təbii qaz axtarılır

Arktikada təbii qaz axtarılır
  06 Avqust 2013    Oxunub:2165
Alimlər Arktika və okeanların dibində kristal formalı təbii qazı tədqiq edirlər.
Yaponiya və ABŞ alimləri iddia edir ki, onlar yeni enerji mənbəyi olan metan hidratı – təbii qazın kristal formasını tapıblar. Yeni enerji mənbəyi əsasən Arktikanın daimi buz örtüyündə və okeanların dibində aşkar edilib.

Otaq temperaturunda kristallardan istilik ayrıldığı üçün bu maddəyə “buzlu atəş” adı verilib. ABŞ tədqiqatçıları bildiriblər ki, dünyada olan təxminən 700 min trilyon kub fut həmin maddə özündə neft və qazdan daha çox enerji saxlayır.

Metan hidratın ticarətə çıxarılması üçün onillik lazımdır. Hazırda qazın toplanmasının müxtəlif texnologiyaları sınanır, amma bu çox baha başa gəldiyindən hələ ki vahid fikir mövcud deyil. Asiyada enerjiyə artan tələbat, Avstraliya, Kanada və Afrikada qazın mayeləşdirilməsi üzrə layihələrə başlamağa, həmçinin okeanların dibində metan hidratın donmuş qayalardan çıxarılması cəhdlərinə stimul yaradıb. Hazırda insanların çoxu bu sferada işləyir, hətta bəzi ölkələr də bu prosesə qoşulub. Təbii qaz ehtiyatı ABŞ-dan dörd dəfə çox olan Yaponiya hökuməti mart ayında uğurlu sınaqlardan sonra 2023-cü ilə metan hidrat çıxaracağına söz verib. Əgər Yaponiya öz vədini yerinə yetirsə, onda o, təbii qazın istehsalı üzrə iqtisadi sıçrayış yaradacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti