Nicat Dağlar döndü

Nicat Dağlar döndü
  11 Avqust 2013    Oxunub:1604
Jurnalist Nicat Dağlar müalicə olunduğu Almaniyadan Azərbaycana qayıdıb.
Bu barədə N.Dağların dostu Elşad Məmmədli musavata bildirib.

O bildirib ki, N.Dağların əhvalı yaxşıdır: "O, oktyabra qədər burada müalicəsini davam etdirəcək, sonradan əməliyyat üçün Almaniyaya gedəcək".

Xatırladaq ki, leykoz xəstəliyindən əziyyət çəkən jurnalistin səhhəti bir müddət əvvəl pisləşmişdi. Jurnalistlərin və ictimai təşkilatların prezidentə müraciətindən sonra onun müalicəsini dövlət öz üzərinə götürmüş və jurnalisti Almaniyaya göndərmişdi.


Teqlər:  





Xəbər lenti