Ələt-Astara yolunda maşın parçalandı: 1 ölü, 5 yaralı

Ələt-Astara yolunda maşın parçalandı: 1 ölü, 5 yaralı
  11 Avqust 2013    Oxunub:1236
“VAZ 2106” markalı avtomobillə “Mercedes CL” markalı avtomobil toqquşub
Lənkəran rayonunun Liman şəhərində, Ələt-Astara magistralının 191-ci kilometrliyində dəhşətli yol qəzası baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə bu gün saat 19.00 radələrində qeydə alınıb. 10 BP 561 dövlət nömrə nişanlı, “VAZ 2106” markalı avtomobillə 90 VO 748 dövlət nömrə nişanlı “Mercedes CL” markalı avtomobil toqquşub.

Güclü zərbənin təsirindən “VAZ 2106” iki hissəyə bölünüb. “Mercedes CL” isə yoldan çıxaraq kənarda olan çinar ağacına çırpılıb. Qəza nəticəsində 1 nəfərin öldüyü, 5 nəfərin isə xəsarət aldığı bildirilir. Yolda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.


Teqlər:





Xəbər lenti