İlham Əliyev İsmayıllıya getdi

İlham Əliyev İsmayıllıya getdi
  14 Avqust 2013    Oxunub:1161
Prezident İlham Əliyev İsmayıllı rayonunda səfərdədir.

Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı əvvəlcə İsmayıllı şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Qasımov Prezident İlham Əliyevə Ulu Öndərin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb. Bu istirahət mərkəzində qısa müddətdə böyük abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb, yaşıllıq salınıb.

Prezident İlham Əliyev parkda yaradılmış şəraitdən razılığını bildirib.



Teqlər:  





Xəbər lenti