Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaq

Bakı-Tbilisi-Qars dəmir yolu ilə sınaq qatarı yola salınacaq
  08 Noyabr 2016    Oxunub:2181
Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə sınaq qatarı yola salınacaq.
AzVision.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Qars valisi Rəhmi Doğan deyib. Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin ilk mərhələsi bu ilin sonuna qədər tamamlanacaq:

`Yanvarın 1-də sınaq qatarı yola salınacaq və bununlada yeni ilin ilk günündə Bakı-Tbilisi-Qarsın açılışı həyata keçiriləcək`.

Qeyd edək ki, 826 kilometrlik Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin inşası 2008-ci ildə başlayıb. Layihə sayəsində Asiya və Avropa arasında dəmir yolu ilə səyahətin müddəti 15 günə enəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti