Azərbaycan və Sinqapur COP29-u müzakirə edib

Azərbaycan və Sinqapur COP29-u müzakirə edib
  11 Oktyabr 2024    Oxunub:259
COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen (Grace Fu Hai Yien) ilə görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə COP29-un "X" hesabında paylaşım edilib. Bildirilib ki, görüş zamanı noyabrın 11-22-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi ortaq məqsədlər və danışıqların gedişatı müzakirə edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti