Mübariz Tağıyev: “Bundan da gözəl xoşbəxtlik ola bilər?” - VİDEO

   Mübariz Tağıyev:    “Bundan da gözəl xoşbəxtlik ola bilər?” -    VİDEO
  11 Oktyabr 2024    Oxunub:279
Vətənpərvərlik mahnılarının mahir ifaçısı, Xalq artisti Mübariz Tağıyev Böyük Qayıdışın doğurduğu yüksək əhval-ruhiyyəni ifadə etmək üçün özünün oxuduğu məşhur bir nəğmənin sözlərindən misal gətirir və deyir:
“Bu bir ovuc qədər xoşbəxtlik yox e, bir qucaq sevincdir!” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köşkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır. Xalq artisti Mübariz Tağıyevin iştirakı ilə hazırlanmış videoçarxı təqdim edirik.



AzVision.az


Teqlər:





Xəbər lenti