Bütün dünya Trampdan danışır - Liderlərin reaksiyası

Bütün dünya Trampdan danışır - Liderlərin reaksiyası
  09 Noyabr 2016    Oxunub:4376
“Donald Trampın prezident seçilməsi ilə əlaqədar Avropa bir neçə istiqamətdə məsuliyyətini artırmalıdır”.
AzVision.az xəbər verir ki, bunu Avstriyanın vitse-kansleri, ölkənin iqtisadiyyat naziri Raynhold Mitterlener deyib: “Prezident Trampdır - bu, təəccüblüdür. Avropa iqtisadi, xarici və təhlükəsizlik siyasətində öz üzərinə daha çox məsuliyyət götürməlidir”.



Almaniyanın iqtisadiyyat və energetika naziri Qabriel Ziqmar isə ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsini “Almaniya üçün xəbərdarlıq” kimi qiymətləndirib: “Tramp yeni avtoritar və şovinist beynəlxalq hərəkatın pioneridir”.



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Donald Trampın ABŞ-ın yeni prezident seçilməsinə münasibət bildirib: “ABŞ-da yeni dövr başlayır. ABŞ-da prezident seçkisi keçirildi və nəticədə demokratlar iki prezidentik dövründən sonra iqtidarı təkrar respublikaçılara təhvil verdi. Bu, ABŞ xalqının seçimidir və bunun dünyada istər hüquq və azadlıq, istər demokratiya, istərsə də regiondakı proseslərdə xeyirli addımların atılmasına səbəb olmasını arzulayıram”.



Digər həmkarlarından fərqli olaraq Hindistanın baş naziri Narendra Modi Donald Trampı təbrik edib və birgə işləməyə hazır olduğunu bildirib: “ABŞ-la əlaqələrin səviyyəsini qaldırmaq üçün maraqlıyıq. Biz sizin seçki kampaniyası dövründə Hindistanla münasibətlərin mehriban olması ilə bağlı səsləndirdiyiniz ifadələri qiymətləndiririk və sizinlə sıx əməkdaşlıq edəcəyimizi səbirsizliklə gözləyirik. Hindistan-ABŞ münasibətləri daha yüksək, yeni səviyyəyə qalxmalıdır”.



İspaniyanın baş naziri Mariano Raxoy da Trampı təbrik edib: “Biz daimi tərəfdaşımız olan ABŞ-la münasibətlərin möhkəmləndirilməsi üçün işləməyə davam edəcəyik”.



“Mən arzu edirəm ki, siz xalqları birləşdirən prezident olasınız, dialoqa açıq olub hörmət bəsləyəsiniz. Ümid edirəm ki, Belçika və Birləşmiş Ştatlar azadlıq və tolerantlıq kimi ümumi dəyərləri qorumağa davam etdirəcək” - bu sözlər Belçikanın baş naziri Şarl Mişelin təbrikində yer alıb. Onun sözlərinə görə, Trampın qarşısında çoxlu çağırışlar, o cümlədən terrorizmlə, iqlim dəyişikliyi və radikalizmə qarşı mübarizə durur.



Rəsmi Tehran da Trampın qalib gəlməsinə münasibət bildirib. İranın Atom Enerjisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvəndi ABŞ-da 45-ci prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsini şərh edərkən deyib ki, İran hər bir dəyişikliyə hazırdır. O, qeyd edib ki, İran əldə olunan nüvə razılaşmasının bundan sonra da davam etdirilməsinə çalışacaq: “Nüvə razılaşması mövzusu ilə bağlı İranın planları uzunmüddətlidir”.



Bundan başqa NATO baş katibi Yens Stoltenberq Donald Trampı qələbəsi münasibətilə təbrik edib. Stoltenberq qeyd edib ki, ABŞ-ın yeni prezidenti ilə birgə işləyəcəklərini gözləyir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti