`Brent` 47 dollar oldu

`Brent` 47 dollar oldu
  10 Noyabr 2016    Oxunub:1554
“Brent” markalı neftin bir barrelinin qiyməti 47 dollara qədər yüksəlib.
AzVision.az xəbər verir ki, “Brent” Donald Trampın ABŞ prezidenti seçilməsi ilə ötən gün 44,38 dollar/barrelədək ucuzlaşaraq avqustun 11-dən bu vaxtadək ən aşağı səviyyəyə geriləyib.

“Brent”in qiyməti ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanan xam neft ehtiyatlarının 2,4 milyon barrel artaraq proqnozlardan çox reallaşması ilə bahalaşmağa başlayaraq 47 dollara qədər yüksəlib.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 46,82 dollara satılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti