Vergi yoxlamaları 2 dəfə azalıb

Vergi yoxlamaları 2 dəfə azalıb
  10 Noyabr 2016    Oxunub:1548
Vergilər Nazirliyi öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və üç istiqamət (əmək müqavilələrinin bağlanılması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla, əksər operativ nəzarət tədbirlərini dayandırıb.
AzVision.az “vergilər.az” saytına istinadla bildirir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində 4441 səyyar vergi yoxlaması başa çatıb ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2 dəfə azdır.

Ötən ilin yanvar-sentyabr ayları ərzində 58 min 574 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 66 min 527 akt tərtib edildiyi halda, 2016-cı ilin eyni dövründə 12 min 735 obyekt üzrə vergi nəzarəti tədbiri keçirilərək 14 min 567 akt tərtib edilib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzarət tədbirləri nəticəsində tərtib edilmiş akt sayının 4,6 dəfə azalması deməkdir.

Operativ vergi nəzarəti tədbirləri zamanı cari ilin yanvar-sentyabr aylarında tətbiq edilmiş inzibati cərimə və maliyyə sanksiyalarının məbləği keçən ilin ilk doqquz ayı ərzindəkinə nisbətən 8,5 dəfə azalaraq cəmi 2,3 milyon manat təşkil edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti