Əhali 10 ayda 23 milyardlıq məhsul alıb

Əhali 10 ayda 23 milyardlıq məhsul alıb
  14 Noyabr 2016    Oxunub:2548
2016-cı ilin yanvar-oktyabr aylarında istehlakçılara 23,9 milyard manatlıq və ya 2015-ci ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz çox məhsul satılıb.
Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumata görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə satışın dəyəri real ifadədə 3,0 faiz, qeyri-ərzaq məhsulları üzrə isə 0,8 faiz artıb.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 49,8 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,6 faizi elektrik malları və mebelin, 5,7 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti