Dövlət büdcəsinin kəsiri 155 milyon manat azalıb

Dövlət büdcəsinin kəsiri 155 milyon manat azalıb
  15 Noyabr 2016    Oxunub:1405
2016-cı ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 12 mlrd. 103,9 mln. manat vəsait daxil olub, büdcədən 12 mlrd. 468,2 mln. manat vəsait xərclənib.
AzVision.az Maliyyə Nazirliyinin məlumatlarına istinadən xəbər verir ki, büdcənin icrasında yaranmış 364,3 mln. manatlıq kəsir ümumi daxili məhsulun 0,7%-i səviyyəsində olub.

Xatırladaq ki, cari ilin 9 ayında dövlət büdcəsinin icrasında 519,1 mln. manat məbləğində büdcə kəsiri (defisit) yaranıb. Beləliklə, büdcə kəsiri 154,8 mln. manat azalıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti